PDF Oxu

Cəmiyyət

  • 3 189

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib - FOTOLAR

image

Lənkəranda "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda Gənclər Forumu keçirilib. SİA xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Lənkərandakı abidəsi ziyarət olunub.

Forumda ölkəmizdə gənclər siyasətinin əsas prinsipləri, gənclərin inkişafı üçün qəbul edilən qərarlar və Heydər Əliyevin irsinin yeni nəslə aşılanması məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən spikerlər – Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Mühəndislik Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov gənclərin elmi, mədəni və idman sahələrində inkişafına yönəlmiş dövlət siyasətinin əhəmiyyətindən danışıblar. Onlar, həmçinin, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin formalaşdırılmasında oynadığı mühüm rolu vurğulayaraq, bu siyasətin ölkə gənclərinin inkişafına verdiyi töhfələrə toxunublar.

Forumun moderatoru, Gənclər Fondunun tabeliyində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov, gənclərin bu kimi tədbirlər vasitəsilə bilik və təcrübə qazanmalarının vacibliyini qeyd edib.

Tədbir GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub. Forumda iştirak edən gənclər Heydər Əliyev irsi, onun ölkədə gənclər siyasətinin təməl prinsiplərini müəyyənləşdirməsi, eləcə də onların inkişafı üçün qəbul edilən qərarlar və qanunlar barədə məlumatlandırılıb.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirərək forumu yekunlaşdırıblar.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...