PDF Oxu

Cəmiyyət

  • 5 421

QHT-lər aprelin 1-dək maliyyə hesabatlarını təqdim etməlidir

image

Qeyri-hökumət təşkilatlarının Ədliyyə Nazirliyində qeydə alınmayan müqavilələri, həmçinin məlumat təqdim edilməmiş ianələri üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. SİA xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciətində qeyd edilib.Bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının) qeydiyyatını həyata keçirir, qəbul etdiyi ianələr barədə məlumatları müvafiq reyestrə daxil edir. Qrant müqaviləsi (qərarı) bağlanıldığı (verildiyi) tarixdən 30 gündən, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanıldığı tarixdən 15 gündən, ianə isə qəbul edildiyi tarixdən 15 gündən gec olmayaraq, qeydə alınması və reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Qeydə alınmayan müqavilələr, həmçinin məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.Vurğulanıb ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycandakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir.Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...