Gənclərin ətraf mühit sahəsinə marağını artırmaq məqsədilə Səbail rayonu Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri üçün Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib.
Tədbirin davamı olaraq Situasiya Mərkəzində şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb
Maarifləndirici tədbirin sonunda Xidmət adından tədbir iştirakçılarına “Hava” sertifikatı və kitablar hədiyyə olunub.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var