PDF Oxu

İdman

  • 562

Avropa Qol Güləşi Çempionatında qızıl medal qazanan lənkəranlı idmançı

image

Rumıniyanın Codlea şəhərində keçirilən, beş gün davam edən Avropa Qol Güləşi Çempionatında ölkəmizi təmsil edən idmançıların uğurları daha çox olmuşdur. Diqqət çəkən çıxışları ilə pərəstişkarlarını sevindirən idmançılar sırasında Vadim Əkbərovun adı xüsusi hörmətlə çəkilir. Lənkəran rayonunun Gərmətük kəndindən olan idmançımız keçirdiyi görüşlərdə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Lənkərana qızıl medalla qayıdan Vadim Əkbərov ölkəmizin idman tarixinə daha bir möhtəşəm uğur qazandırıb.
Məlumat üçün bildirim ki, Avropanın müxtəlif ölkələrindən yüzlərlə idmançının qatıldığı yarış juniorlar, böyüklər, veteranlar və para-idmançılar arasında müxtəlif çəki dərəcələri üzrə təşkil olunub.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər