Futbol üzrə Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən dünya çempionatını vaxtından əvvəl başa vurub. SİA xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, futbolçu Kot-d’İvuarla oyunda sol topuğundan zədə alıb. Müayinədən sonra onun topuq bağlarında ciddi problem aşkarlanıb və Şlotterbekin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Mətləb