PDF Oxu

İdman

  • 765

Bu şəhərlərdə idman zonaları istifadəyə verilib

image

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyindən bildirilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər. Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. F.Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.
Xatırladaq ki, indiyədək Bakıda və müxtəlif rayonlarda 17 "Sağlam məhəllə" layihəsi icra edilib.

Mətləb