PDF Oxu

İdman

  • 3 556

"Neftçi" Slovakiya millisinin hücumçusunu transfer etdi

"Neftçi" Slovakiya millisinin hücumçusunu transfer etdi

Neftçi" hücumçu transferini reallaşdırıb. SİA xəbər verir ki. bu barədə klubun rəsmi saytı məlumat yayıb. Slovakiyalı Lyubomir Tupta "ağ-qaralar"ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Mətləb

Digər xəbərlər