İnkişaf etmiş insanabənzər robot Atlas, Braziliyanın 1/8 finalda Norveçlə oynadığı Nyu-York Nyu-Cersi Stadionunda fasilədə matç topunu hakimə çatdırmaq üçün meydanın kənarına çıxdı. Onun hərəkətlərinə norveçli hücumçu Erlinq Halandın meditasiya pozası da daxil olmaqla bir neçə qəribə qol anını qeyd etməsi daxildir.
"Biz həmişə insan bacarığına bizi motivasiya etmək və robotların edə biləcəklərini irəli aparmağa çağırmaq üçün bir yol kimi baxırdıq", Boston Dynamics şirkətinin robot davranışı üzrə direktoru Alberto Rodrigez deyib.
Turnirin sponsoru Hyundai Motor tərəfindən təqdim edilən robot əvvəllər rəqs edib və parkurla məşğul olub. Lakin matç topunu çatdırmaq və Dünya Kubokuna xas olan çətinliklərin öhdəsindən gəlmə performansını indi göstəriri.
Atlası idarə edə bilmək üçün standart Wi-Fi rabitəsi qurulmadı, çünki on minlərlə azarkeş meydanda idi və hər birinin mobil telefonları var. Ona görə də robotun arxasına radio cihazı qoşularaq yeni bir rabitə kanalı yaradıldı. "Otun özünəməxsus xüsusiyyəti var", - deyə Rodrigez bildirib. "Atlasın yeriməyi, tullanmağı və qaçmağı öyrənməsini daha möhkəm etmək üçün bu sistemi dəyişdirməli olduq."
Qeyd edək ki, Hyundai, yüksək riskli və təkrarlanan tapşırıqları avtomatlaşdırmaq məqsədilə 2028-ci ildən başlayaraq Corciyadakı ABŞ istehsal zavodunda robotların kütləvi istehsalını davam etdirir.