PDF Oxu

İdman

  • 3 342

"Sumqayıt" bu klublarla yoxlama oyunları keçirəcək

"Sumqayıt" bu klublarla yoxlama oyunları keçirəcək

"Sumqayıt"ın yay hazırlıq planı məlum olub. SİA xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib. İyulun 24-dək məşqlərini "SOCAR Polymer Arena"da keçirəcək "Sumqayıt" ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. "Sumqayıt" iyulun 26-da "Kəpəz", 30-da "Şamaxı", avqustun 3-də "İmişli", 7-də isə Qətərin "Əl-Xaraitiyat" kollektivləri ilə qarşılaşacaq.

Mətləb