PDF Oxu

İdman

  • 659

"Neftçi"dən BİABIRÇI MƏĞLUBİYYƏT!

image

"Neftçi" 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb. SİA xəbər verir ki, "ağ-qaralar" turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk "Dinamo"su ilə üz-üzə gəlib. Bakıdakı "8-ci kilometr" stadionunda keçirilən görüşdə əvvəlcə "Neftçi" erkən qollarla başlasa da, sonradan 4 qol buraxaraq uduzub. Hazırda "Dinamo" 14 turdan sonra Belarus çempionatının lideridir. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək.

Xatırladaq ki, "Neftçi" avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib. Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Zirə" isə növbəti oyununu sabah Estoniyada yerli "Payde"yə qarşı keçirəcək.

20:00. "Neftçi" - "Dinamo" - 2:4

Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77

Baş hakim: Kostas Fellas, Kipr

(8-ci km stadionu)