Rafinya futbol üzrə İspaniya çempionatında ilk 4 turda 6 qol vuraraq Lionel Messinin unikal göstəricisini təkrarlayıb. "Goal" nəşrinin məlumatına görə, braziliyalı hücumçu “Valensiya” ilə matçda da fərqlənərək cari La Liqa mövsümündə vurduğu qolların sayını 6-ya çatdırıb.Beləliklə, Rafinya La Liqada ilk 4 oyunda 6 qol vuran ikinci “Barselona” futbolçusu olub. Daha əvvəl yalnız Lionel Messi bu göstəriciyə nail olub. Argentinalı ulduz 2012/13 və 2013/14 mövsümlərinin hər birində çempionatın ilk 4 matçında 6 qol vurub.
Mətləb