PDF Oxu

İdman

  • 709

Masallıda cüdo idman növü üzrə Uşaq-Gənclər İdman Məktəbinin turniri keçirilib - FOTO

image

“20 sentyabr-Dövlət Suverenliyi Günü” nə həsr olunmuş yeniyetmələr arasında cüdo idman növü üzrə Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin turniri keçirilib.

Masallı şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında təşkil olunan turnirdə 10 çəki dərəcəsi üzrə 68 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb.
Bütün bacarıqları ortaya qoyub qalib gələn idmançılar turniri təşkil edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallara layiq görülüblər.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər