Lerik şəhəri Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyin idman zalında “11 Oktyabr – Beynəlxalq Qızlar Günü” münasibətilə "Sağlam qızlar" devizi altında məktəbli qızlar arasında voleybol turniri keçirilib. Burada məqsəd məktəbli qızlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki fəallığın təşviqi və voleybol idman növünün inkişafına dəstək olmaqdır.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi Lerik şəhər M. Bağışov adına 3 saylı tam orta məktəbin komandası olub. Yarışda 2-ci yeri meydan sahibləri, 3-cü yeri isə Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın komandası tutub.
Qalib komandalara turnirin təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü