Dünya

  • 2 070

Erməni mediası: "Paşinyan, haydı Ankaraya!"

image

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması Rusiya və Ermənistan mediasında böyür rezonans doğurub. Bir sıra KİV-lər bu səfərin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Ermənistanın iqtisadi blokadadan çıxması üçün önəmli fürsət olduğunu yazırlar. Amma əksər radikal erməni mətbuatı isə N.Paşinyanın andiçmə mərasimində kölgədə qalmasını, tədbirdə ona qarşı önəm verilməməsini Ermənistan üçün başıaşağı hadisə kimi qiymətləndirirlər. "Armenpress", "Aykakan-Zanamak", "Armenia Times" nəşrləri N.Paşinyanın səfərinin gələcək perspektiv üçün çətin də olsa yol açdığını yazırlar.
Respublikaçılar Partiyasının sədr müavini olan deputat Ruben Mehrabyan isə "Paşinyanın səfəri çətin də olsa yeni münasibətlər üçün zəmin yaradır".-açıqlaması ilə çıxış edib. "Qolos Armenia" nəşri isə, Paşinyanın səfərinə xitabən "Paşinyan haydı Ankaraya, Ankaraya" başlıqı dərc edib. Yazıda artıq Ermənistan hakimiyyətinin bir çox regional məsələlər üçün Moskvadan sonra Ankaraya da üz tutacağını yazır.

Mətləb Salahov

Digər xəbərlər