2024-cü ilin yanvarında ABŞ və İran nümayəndələri Yəmən husiləri ilə bağlı gizli danışıqlar aparıblar.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika və İran rəsmiləri arasında anonim mənbələrə istinadən “Financial Times” qəzeti yazıb.Mənbə bildirir ki, danışıqlar Omanda aparılıb və tərəflər birbaşa əlaqə saxlamayıb....Oman rəsmiləri vasitəçi rolunu öz üzərinə götürüb. Qeyd olunur ki, ABŞ İranı husilərə təsir etməyə razı salmağa çalışıb. Lakin mənbə bu danışıqların necə başa çatdığını açıqlamayıb.Məqalədə deyilir: “Birləşmiş Ştatlar bu il Tehranı Yəmən husiləri üzərində təsirindən istifadə edərək Qırmızı dənizdə gəmiçiliyə hücumları dayandırmağa inandırmaq üçün İranla gizli danışıqlar aparıb”....2023-cü il dekabrın 15-də Yəmən husiləri Qırmızı dənizin sularında Danimarkadan gələn konteyner gəmisinə hücum ediblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri regionda kommersiya gəmilərini qorumaq üçün beynəlxalq əməliyyat yaradıldığını elan edib. Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya hərbçiləri Yəmənin şimalında husilərin mövqelərinə hava zərbələri endirib.
Nazlı
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...