...İyulun 11-də axşam saatlarında Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya hücumu zamanı düşmənin hücum pilotsuz uçuş aparatlarından biri Belarus Respublikasının ərazisinə daxil olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Telegram-da "War monitor" monitorinq kanalı məlumat yayıb.
Çerniqov vilayətindən Belarusun Qomel vilayətinə naməlum kamikadze pilotsuz təyyarənin daxil olduğu bildirilib.
Ehtimal ki, pilotsuz təyyarə Belarusa Bragin və Loyev yaşayış məntəqələri yaxınlığında uçub, daha sonra isə Mozır istiqamətində hərəkət edib. Daha sonra PUA-nın Ukraynaya qayıtdığı ehtimal edilir.
Belarusun "Belarusski Gayun" monitorinq kanalı yazır ki, söhbət "Şahed" hücum pilotsuz uçan aparatından gedir. Analitiklərin fikrincə, Belarus Respublikasının Hərbi Hava Qüvvələri Rusiyanın pilotsuz təyyarəsinin keçdiyi Qomel vilayətində Mi-24 helikopterini səmaya qaldırıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...