Dünya

  • 799

Türkiyə-Misir uçuşları ikiqat artır

image

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu mülki aviasiya sahəsində imzalanan anlaşma memorandumu ilə Türkiyə-Misir uçuşlarının ikiqat artacağını söylədi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ə.Uraloğlu verdiyi yazılı açıqlamada bildirib: "Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisinin həmsədrliyi ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısında Türkiyə ilə Misir arasında dəmir yolu, mülki aviasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində üç mühüm müqavilə imzalandı.

İclasda həmkarım, Misirin Sənaye və nəqliyyat naziri Kamel əl-Vəzir də iştirak edirdi. Biz üç saziş imzaladıq: Dəmir yolu sektorunda əməkdaşlığın inkişafı, Mülki Aviasiya Administrasiyaları və İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair anlaşma memorandumları.

Mülki aviasiya administrasiyaları müqaviləsinə əsasən, iki ölkə arasında həftədə 30 olan sərnişin reyslərinin sayı 67-yə yüksəlir. Bu gün THY İstanbul-Qahirə xəttində həftədə 28, "AJet" isə Sabiha Gökçen-Qahirə xəttində 5 uçuş həyata keçirir. Misirin turistik yerlərindən olan Şarm eş-Şeyx, Hurqada və İsgəndəriyyəyə də uçuşlar təşkil edilir. Bu memorandum iki ölkə arasında ticarət və turizm kimi bir çox sektora, xüsusilə də iqtisadi fəaliyyətlərə müsbət töhfə verəcək".

Digər xəbərlər