Finlandiya prezidenti Aleksandr Stubb prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfərə gəlib.
SİA türk saytlarına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib.
Qonaq prezidentin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini-Anıtqəbri ziyarət edib.
Bu gün paytaxt Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Finlandiya arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Türkiyə ilə Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümündə baş tutacaq görüşlərdə həmçinin aktual regional və qlobal problemlər, xüsusilə Qəzza və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyət və Türkiyə -Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...