Yaponiyanın "Nikkei Asia" mətbuat qurumunun xəbərinə görə...
ABŞ və Yaponiya orta mənzilli havadan havaya raketlərin (AMRAAM) birgə istehsalına dair səyləri sürətləndirəcəyini açıqlayıb. SİA xəbər verir ki, Yaponiyanın "Nikkei Asia" mətbuat qurumunun xəbərinə görə, Yaponiya Müdafiə Nazirliyi iki tərəfin Havay adalarında keçirilən görüşün nəticəsi olaraq birgə istehsala dair ətraflı tədqiqata başlamaq barədə razılığa gəldiyini bildirib.
Açıqlamada "AİM-120" orta mənzilli "AMRAAM" raketlərinin birgə istehsalına dair həyata keçiriləcək ətraflı tədqiqatın çətinlikləri, çatdırılma müddətlərini və Yaponiyada mümkün istehsal fəaliyyətlərini əhatə edəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ daha əvvəl həm İsrailə, həm də Ukraynaya orta mənzilli havadan havaya raketlər (AMRAAM) göndərmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın mümkün çöküşü barədə xəbərdarlıq edib. Büdcə kəsiri 60 milyard avroya yaxınlaşdı.
Kalininqrad Kremlə təzyiq göstərmək üçün bir vasitəyə çevrilə bilər...
Putin və Kim Çen In arasındakı yaxınlaşma Çini narahat edir. Pekin Şimali Koreya ordusunun Rusiya texnologiyası ilə gücləndirilməsini istəmir…
Yeni qaydalar dronlara və raketlərə daha sürətli reaksiya verməyə imkan verəcək...
Putindən siqnallar...
Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...