PDF Oxu

Dünya

  • 4 129

Türkiyədən sonra bu ölkə də ruslar üçün yağ göndərməyə başlayıb....

image

...Və bu arada Türkiyədən sonra Birləşmiş Ərəb Əmirlikləri də Rusiyaya kərə yağı tədarükünə başlayıb. SİA bu barədə Rosselxoznadzorun mətbuat xidmətinə istinadən xəbər verir.

Departament FSIS VetIS-ə istinadən bildirir ki, şənbə günü, noyabrın 2-nə olan məlumata görə, ölkəyə 90 ton yağ idxal edilib.

Çatdırılmalar oktyabrın 18-dən iki həftədir ki, davam edir. Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri ölkəyə belə məhsullar vermirdi. Daha əvvəl məlum olmuşdu ki, Türkiyə oktyabrın sonunda Rusiya Federasiyasına kərə yağı tədarük etməyə başlayıb.

...Məhsul Qara dəniz vasitəsilə çatdırılıb. Qeyd olunub ki, "sınaq alışı" uğurlu olarsa, o zaman ölkəyə İran, Hindistan, Qırğızıstan və Azərbaycandan da yağ idxal ediləcək.

Yeri gəlmişkən, Belarus məhsulların böyük hissəsini Rusiyaya tədarük edir.

Yeri gəlmişkən, oktyabr ayında Rusiyada kərə yağına tələbatın azalması məlum olub. Yox, ruslar da yağ yemək istəyir, amma...

...Analitiklər bunu onun kəskin bahalaşması ilə izah ediblər. Və yağın qiymətini rekord səviyyəyə qaldıran regionlar arasında birinci yeri Arxangelsk vilayəti tutub.

...Amma elə bilməyin ki, Rusiyanın başqa əyalətlərində yağ ucuzdur...

Əli Babayev

Digər xəbərlər

Çin niyə Misirə pul qoyur?

Pekin üçün Misir regional böhranlar və beynəlxalq sistemin transformasiyası fonunda Yaxın Şərqdə və Afrikada Çinin iştirakını genişləndirmək strategiyasının vacib elementinə çevrilir...

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib Hər imperiya eyni şəkildə bitir...

Çin öz sirrinin qurbanına çevrilib...

Pekin Nepalda baş verən faciənin qarşısını ala bilərdi...

Əl-Qaidənin hekayəsi necə bitdi..?

11 sentyabr terror hücumlarının arxasında duran terrorçular özlərini məğlub etdilər...

Ukrayna “inqilabı”nın pərdəarxası...

Jurnalistlər “Qien”lərin Dobassedəki döyüşlərə necə hazırlaşdığını göstərdilər...