İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 40-cı Nazirlər Toplantısı keçirilir. SİA xəbər verir ki, bu gün tədbirin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən bu 40 il ərzində İƏT-in imkansız görünən bir çox uğurlara imza atdığını, ölkələr arasında ticarət və iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyib.
Türkiyə Prezidenti çıxışında regional münaqişələrin aradan qaldırılması üçün dünya ölkələrinin birləşməsinin vacibliyini vurğulayıb.
Tədbirdə İƏT-in 2025-ci il üçün nəzərdə tutulan fəaliyyət planı, qlobal iqtisadi inkişaf, İƏT daxilində ticarət, iqtisadi əməkdaşlıqda özəl sektorun rolunun artırılması, nəqliyyat və kommunikasiyanın yaxşılaşdırılması, turizm sektorunun rəqabətə davamlılığının artırılması kimi məsələlər müzakirə olunur. Toplantıda ticarət, maliyyə, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, rəqəmsal transformasiya sahələrində əməkdaşlığın təkmilləşdirilməsi səyləri ilə bağlı müzakirələr aparılır.
Toplantı çərçivəsində müzakirə olunan mövzulardan biri də Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın rəhbərliyi ilə başladılan və bir çox beynəlxalq platformalarda izlənilən sıfır tullantı layihəsidir. Bu məqsədlə tədbir əsnasında "Qadınların yaşıl iqtisadiyyatda qabaqcıl rolu: Sıfır tullantı təşəbbüsü" mövzusunda panel iclas təşkil ediləcək.
Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...
Müharibə getdikcə Rusiyanın "böyüklüyünün" təməlini sarsıdır...
Yeni səfərbərlik etirazlara səbəb ola bilər...
Bu, sadəcə yeni bir nəqliyyat marşrutu deyil…
ABŞ prezidenti tezliklə qətiyyət göstərmək şansına sahib olacaq...
Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...
Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...
Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...
“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...
“Dəhşətli və amansız” Putinə nə oldu?