...Avropa Parlamentinin sədri Roberta Metsola Almaniya hökumətinin başçısı Olaf Şolza müraciət edib. SİA-nın məlumatına görə,"Kronen Zeitung" qəzeti yazır ki, o, ondan Almaniyanın "Taurus" qanadlı raketlərinin Ukraynaya sürətlə çatdırılmasına icazə verməsini xahiş yox, tələb edib.
Metsola Funke Mediengruppe-yə müsahibəsində təsdiqləyib ki, bu, həm də Avropa İttifaqı Parlamentinin mövqeyidir. Onun sözlərinə görə, parlamentarilər bu tələbə geniş dəstək verirlər.
Rusların yazdığına görə, guya Bütün deputatlar adından çıxış edən Metsolanın bəyanatı Avropa Parlamentində hiddətə səbəb olub.
Sara Vaqenknext İttifaqı partiyasının nümayəndəsi Fabio De Masi hesab edir ki, Avropa Parlamenti sədrinin Almaniyanın daxili siyasətinə qarışmağa və "Taurus" raketlərini tələb etməyə haqqı yoxdur.
Öz növbəsində kansler Şolz onların tədarükünün qəti əleyhinədir.
Siyasətçi bunun Almaniyanı birbaşa Ukrayna münaqişəsinə sürükləyə biləcəyindən ehtiyat edir.
Qeyd edək ki, hakim koalisiyadakı partnyorlar FDP və Yaşıllar Kiyevə silah sistemlərinin verilməsinin tərəfdarıdır.
Əli Babayev
Ruslar nədənsə narazıdırlarmı?
Putinlə keçmiş Ukrayna prezidenti arasında əsas görüş açıqlanıb...
Kreml Polşa, Litva və Latviyaya təzyiq göstərmək üçün ölkədən istifadə edə bilər...
Putinin təbliğatına güclü zərbə...
İsveç və Danimarka müdafiələrini gücləndirir və ABŞ-dan asılılıqlarını azaldır...
Bir həkim Rusiyada vəba epidemiyasının arxasında nəyin dayana biləcəyini izah etdi…
. Bu sahədə məhdudiyyətlər təcavüzkarı tez bir zamanda dayandıra bilər...
Kreml ABŞ prezidentini məmnun etməyə və Rusiya elitasının dəstəyini qorumağa çalışır...