Rusiya ilə Şimali Koreya arasında iyunda imzalanan hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib. SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Gyu paytaxt Moskvada tərəfdaşlıq müqaviləsinin qüvvəyə minməsini nəzərdə tutan protokolu imzalayıblar.
Protokola uyğun olaraq, Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin iyun ayında Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
Bildirilir ki, bu saziş tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı hərbi yardımı nəzərdə tutur və Şərqi Asiya və Asiya Sakit Okean regionlarında bölünməz təhlükəsizlik sistemi ilə çoxqütblü dünya nizamının qurulmasına töhfə verəcək.
O, aldatma yolu ilə ölkəyə gətirilib..?
Ukrayna kəşfiyyatı detalları öyrənib...
Avropa Parlamenti Ukrayna üçün 90 milyard avroluq kreditin sürətləndirilmiş nəzərdən keçirilməsini təsdiqlədi.
ABŞ ordusu "çox aydın təlimatlar" aldı...
Amerika Birləşmiş Ştatlarının Prezidenti yalnız gücə və qüdrətə hörmət edir...
Müttəfiqlər böhrandan daha birləşmiş şəkildə çıxa bilərlər...