PDF Oxu

Dünya

  • 1 122

Peskov: "Prezidentin icazəsi olmadan belə qərarlar verilmir"

image

Kremlin mətbuat katibi Dmitri Peskov Suriyada çökmüş Bəəs hakimiyyətinin devrilmiş lideri Bəşər Əsəd və onun ailəsinə sığınacaq verilməsi qərarının Rusiya prezidenti Vladimir Putinə aid olduğunu bildirib. SİA-nın məlumatına görə, Dmitri Peskov Suriyadakı son hadisələri paytaxt Moskvada jurnalistlərlə dəyərləndirib.

Rusiyanın Əsəd və ailəsinə sığınacaq vermə qərarına toxunan Peskov "Prezidentin icazəsi olmadan belə qərarlar verilmir. Bu, onun qərarıdır" deyib.

Putinin Əsədlə görüşməyi planlaşdırmadığını deyən Peskov Əsədin harada olduğu barədə məlumat vermək istəməyib.

Rusiyanın Suriyadakı Hmeymim və Tartus hərbi bazalarının vəziyyətinə də toxunan Peskov "Hər halda bu, Suriyada hakimiyyətdə olacaq şəxslərlə məsləhətləşməyə ehtiyacı olan bir məsələdir. İndi dəyişiklik dövrü və həddindən artıq qeyri-sabitlik davam edir. Buna görə də vaxta və ciddi məsləhətləşmələrə ehtiyac var" deyib.

Rusiya sözçüsü sözügedən bazaların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımların atıldığını da bildirib.

Rusiya, Türkiyə və İranın Suriya məsələsi ilə bağlı yaratdığı Astana Formatını dəyərləndirən Peskov deyib:

"Bu format öz məqsədini itirib. Digər tərəfdən, sözügedən ölkələr arasında fikir mübadiləsi və siyasi məsləhətləşmələr mexanizmi kimi həmişə qüvvədə qalır. Bu və ya digər şəkildə bu məsləhətləşmələr təbii ki, davam edəcək".

Dmitri Peskov Suriyadakı vəziyyətlə bağlı Türkiyə və digər region ölkələri ilə qarşılıqlı əlaqədə olduqlarını da bildirib.