PDF Oxu

Dünya

  • 7 214

Avropa İttifaqı rəsmiləri bəyanat yayıb

image

Avropa İttifaqı (Aİ) Amerika Birləşmiş Ştatlarının süni intellekt üçün istifadə olunan təkmilləşdirilmiş çiplərin bəzi ölkələrə ixracını məhdudlaşdıran qərarına etiraz edib. SİA-nın məlumatına görə, Aİ Komissiyasının Texnologiya üzrə vitse-prezidenti Henna Virkkunen və Ticarət və İqtisadi Təhlükəsizlik üzrə üzvü Maros Şefçoviç ABŞ administrasiyasının süni intellekt üçün istifadə olunan çiplərin ixracını çətinləşdirən yeni tənzimləməsi haqqında birgə bəyanat yayınlayıb.

Bəyanatda "ABŞ-ın bəzi Aİ üzv ölkələrinə və şirkətlərinə təkmilləşdirilmiş süni intellekt çiplərinin ixracını məhdudlaşdıran tədbirlərindən narahatıq" ifadəsi yer alıb. Aİ-nin hər hansı bir məhdudiyyət olmadan çipləri əldə etməsinin iqtisadi və təhlükəsizlik baxımından ABŞ-ın maraqlarına uyğun olduğu vurğulanan bəyanatda xüsusilə təhlükəsizlik sahəsində yaxın əməkdaşlıq edildiyi xatırladılıb. Bəyanatda Aİ ölkələrinin ABŞ üçün təhlükəsizlik riski yaratmadığı və əksinə iqtisadi imkanlar təqdim etdiyi bildirilib. Avropanın bu məsələdə narahatlıqlarını hazırkı ABŞ administrasiyası ilə bölüşdüyü qeyd olunan bəyanatda bu istiqamətdə yeni hökumət ilə konstruktiv şəkildə əlaqələr qurulacağı, süni intellekt texnologiyası və superkompüterlər sahəsində təhlükəsiz bir transatlantik təchizat zəncirinin qurulacağı vurğulanıb.

Amerika Birləşmiş Ştatları əvvəlki gün süni intellekt çiplərinin ixracına dair yeni tənzimləmələrini açıqlamışdı. Bu çərçivədə Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və Böyük Britaniya daxil olmaqla 18 müttəfiq və tərəfdaş ölkəyə çip satışlarına heç bir məhdudiyyət tətbiq edilməyəcəyi, digər ölkələrə isə məhdudiyyətlər gətiriləcəyi bildirilmişdi.

Digər xəbərlər

Rusiyalı Z-bloqçu Kremli günahlandırır

...işğal olunmuş ərazilərdə baş verən fəlakətə görə: sakinlər elektrik enerjisinin, suyun çatışmazlığından və “kosmik” qiymətlərdən şikayətlənirlər

Putin seçkilər zamanı məmurlar üçün “müayinə” təşkil edib

Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...

Foreign Policy: Putinin imperiyası sona çatır...

Müharibə getdikcə Rusiyanın "böyüklüyünün" təməlini sarsıdır...

The Telegraph: Bu qərar Putinə baha başa gələ bilər

Yeni səfərbərlik etirazlara səbəb ola bilər...

WSJ: Kim daha güclüdür - Si, yoxsa Tramp?

ABŞ prezidenti tezliklə qətiyyət göstərmək şansına sahib olacaq...

“Putinin kreslosu uğrunda yarış başladı”...

Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...

Putinə əsas siqnal...

Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...

Barbarlar...

Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...

Putin Avropada “çəngəl”ə düşdü

“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...