...geri qaytarılıb
"Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.
Bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib. Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı "Monnaie de Paris" tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib.
Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi "Chaumet" tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.
Elvin Mövsüm
Belarus şirkəti uşaqlar üçün güllə keçirməyən jiletlər istehsal etməyə başlayıb...
Uçuşlar kütləvi şəkildə təxirə salınır və sərnişinlər panikaya düşürlər...
Həm ABŞ, həm də AB ölkələrinin Rusiya ilə dialoq aparmaq səyləri nəticəsiz qaldı...
“Madyar” Rusiya paytaxtına genişmiqyaslı hücumdan sonra əhəmiyyətli bir foto nümayiş etdirdi...
Belaruslu uşaqları daşıyan avtobusa dron hücumunun arxasında nə dayanır?
...özü də onun “xalq qarşısına çıxması” zamanı..?
Solovyevin heyəti moskvalıların həbs olunmasına və işgəncə verilməsinə çağırdı...
Zelenskinin iki “kozırı”... Sky News detalları açıqladı...
Almaniya pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiə sistemlərinin inkişafına 16 milyard avro xərcləyəcək...
Rusiyanın ən böyük neft şirkətlərinin səhmləri son üç ilin ən aşağı səviyyəsinə düşdü...
Hücum tüfənginin versiyası xüsusi olaraq Ukrayna xüsusi xidmət orqanları üçün hazırlanıb, lakin...