Daha az resurs və vəsait istifadə etməklə, yüksək nəticə əldə edən düşünmə qabiliyyətinə malik R1 süni intellekt modeli ilə Silikon Vadisində şok effekti yaradan Çin startapı "DeepSeek" güclü server çatışmazlığı səbəbindən özünün APİ xidmətinə girişə məhdudiyyəti qoyduğunu elan edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, "DeepSeek" saytında istifadəçilərə APİ-nin dayandırılması barədə xəbərdarlıq edilib.
Bu addım şirkətin servisləri üçün neqativ təsirlərdən uzaq durmaq məqsədilə atılır. Şirkətdən bildirilib ki, balansda olan bütün mövcud vəsaitlər qorunub saxlanılacaq.
Aşağı tarifləri ilə bəzi rəqiblərini narahat edən "DeepSeek" bildirib ki, süni intellekt modelindən istifadə rüsumlarına təqdim olunan endirimlərin müddəti fevralın 8-də bitir. Ondan sonra süni intellekt üzərində qurulmuş çat-botdan istifadəyə görə daxil olan 1 milyon tokenin tarifi 2 yuan (0,27 dollar), 1 milyon çıxış tokenlərin tarifi isə 8 yuan (1,10 dollar) təyin olunacaq. Əgər məntiqi nəticələr çıxara bilən yeni AI modeli işə salınarsa, tariflər dəyişərək daxil olan 1 milyon token üçün 4 yuan (0,55 dollar), 1 milyon çıxış tokeni üçün isə 16 yuan (2,19 dollar) təşkil edəcək.
Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...
Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...
Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...
“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...
“Dəhşətli və amansız” Putinə nə oldu?
Rusiya vətəndaşlarının ölkədən çıxışı avtomatik olaraq qadağan olunacaq...
Netanyahu İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini tənqid edən bir filmə görə İsrail rejissorlarının vətəndaşlığının ləğvi çağırışlarına qoşulub...
Putinin agentləri Vaşinqton yaxınlığında sui-qəsd planlaşdırıblarmı?