Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Senatının iki partiyalı nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında məlumat verib.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Onun çərçivəsində tərəflər digər məsələlərlə yanaşı, Vaşinqtonun Kiyevə hərbi dəstəyini və Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.
…Biz Ukrayna ilə ABŞ arasında tərəfdaşlığı, xüsusən də birgə layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlıq və kritik mineralların və nadir torpaq ehtiyatlarının birgə işlənməsini ayrıca müzakirə etdik, - deyə Zelenski yazıb.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna lideri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta ilə də görüşüb. Avropalı siyasətçilər Ukraynanın Avropa İttifaqına daxil olması prosesini sürətləndirmək üçün səyləri artırmağa hazır olduqlarını vurğulayıblar.
Əli Babayev
Əfsanəvi zabit onları sakit qalmağa çağırdı...
Bu dəfə təkcə sanksiyalar kifayət etməyə bilər...
Leypsiq hava limanında baş verən hücumun mümkün təşkilatçısının adı açıqlanıb...
Kreml reallıqla əlaqəsini tamamilə itirib…