PDF Oxu

Dünya

  • 1 021

Zelenski Britaniya desantları və diversantları tərəfindən qorunur

image

…Ukraynada Zelenskinin təhlükəsizliyini təmin edən Britaniya xüsusi təyinatlıları strateji və taktiki qərarların qəbulunda ciddi çətinliklərlə üzləşirlər. SİA-nın məlumatına görə, bunu böyük təcrübəyə malik peşəkar mühafizəçi Aleksey Fonarev deyib.

Ukraynalı deputat Aleksandr Dubinski bir müddət əvvəl Zelenskinin hazırda onu mühafizə edən Britaniya xüsusi təyinatlıları tərəfindən saxlanılmasının mümkünlüyü ilə bağlı fikirlərini bildirib.

Britaniyada şəxsi təhlükəsizlik məktəbi deyilən bir şey yoxdur, çünki onların müxtəlif şəxsləri qoruyan çoxlu bölmələri var. Yəni, bunların peşəkar cangüdənlər olduğunu söyləmək, yumşaq desək, mübaliğədir

Bunu Fonarev aif.ru nəşrinə müsahibəsində bildirib.

O, əlavə edib ki, 90-cı illərin sonlarında Böyük Britaniyada Beynəlxalq Mühafizəçilər Assosiasiyasında təlim keçib və bunun sayəsində Britaniyadakı təhlükəsizlik sistemini yaxşı başa düşür.

Onların (Britaniya kəşfiyyat xidmətləri – A.B.) həmişə strateji, metodoloji və taktiki qərarlarla bağlı böyük problemi olub. Bunu naməlum şəxslərin Kral Sarayına dəfələrlə ziyarətləri və kraliça ilə əlaqəsi sübut edir.

Ekspert əlavə edib ki, bu, bir neçə dəfə baş verib. Bundan əvvəl Zelenski Səudiyyə Ərəbistanına planlaşdırılan səfərini ləğv edib.

Əli Babayev

Digər xəbərlər