Donald Tramp yalnız pul kisəsinə, pula cavab verir
Fransanın keçmiş prezidenti Fransua Olland deyib ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampa zərbə endirməlidir. SİA-nın məlumatına görə, o, BFMTV-yə müsahibəsində buna çağırış edib.
...Donald Tramp yalnız pul kisəsinə, pula cavab verir. Onun yeganə davranışı budur... Biz avropalılar və fransızlar öndə olmalıyıq. Onu çox, çox sərt vurmalıyıq.
Bunu deyən Olland bildirib ki, Amerika lideri "həyasızcasına" Ukraynadan nadir torpaq metalları tələb edib və Kiyevə təhlükəsizlik zəmanəti verməkdən imtina edib. ...Hər dəfə o, təzminat və ya pul istəyir, - Fransanın keçmiş prezidenti vurğulayıb.
Siyasətçi bildirib ki, avropalılar Amerika iqtisadiyyatına və puluna zərər vurmağa çalışmalıdırlar.
Xatırladaq ki, Tramp daha əvvəl Ukrayna ilə "çox yaxında" nadir torpaq metalları müqaviləsi imzalamağa ümid etdiyini bildirmişdi.
O vurğulayıb ki, Vaşinqton Kiyevə yardımdan pul itirməməlidir və Amerika tərəfinin təklif etdiyi sövdələşmə buna imkan verəcək.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...