PDF Oxu

Dünya

  • 1 480

Ukraynada prezident seçkilərinin mümkün tarixləri məlum olub

image

Bu yay Ukraynada hərbi vəziyyət ləğv oluna və prezident seçkiləri keçirilə bilər. SİA-nın məlumatına görə, bu barədə "The Economist" mənbələrə istinadən xəbər verir.

Zelenski keçən həftə tam atəşkəsdən sonra öz komandasına səsvermə təşkil etməyi tapşırmaq üçün iclas çağırıb, - nəşr yazır.

"The Economist" vurğulayır ki, hərbi vəziyyətin ləğvi seçki prosesinə başlamaq üçün zəruri ilk addımdır. Mənbələr dəqiq vaxtla razılaşmır, lakin əksəriyyət "Zelenski yayı hədəfləyir" deyir.

Bundan əvvəl Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo jurnalistlərin prezident Zelenskinin qeyri-legitimliyi ilə bağlı Rusiyanın mövqeyini şərh etmək sorğusuna cavab olaraq demişdi ki, xalqın tələbi olmadan Ukraynada prezident seçkilərinə ehtiyac yoxdur.

Əli Babayev

Digər xəbərlər