Niderlandların Haaqa şəhərində on minlərlə insan hökumətdən və siyasi partiyalardan iqlim siyasətinə daha çox diqqət ayrılması tələbi ilə aksiya keçirib. SİA “Zeit” qəzetinə istinadla xəbər verir ki, aksiyaya qatılan 45 min iştirakçı “Planet sənin səsinə layiqdir” və “Yaşılı seç” kimi şüarlar səsləndirərək yürüş ediblər.Oktyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində küçələrə axışan etirazçılar hesab edirlər ki, iqlim məsələsi seçki kampaniyasında lazımi səviyyədə müzakirə olunmur. Cəmiyyətdə iqlim siyasəti ilə bağlı yaşanan ciddi narahatlıqların siyasi debatlarda əksini tapmadığı narahatlıqla qarşılanıb.Ölkədə keçirilən bir rəy sorğusuna qatılan 25 min respondentdən cəmi 19 faizi iqlim məsələsini seçkilərin əsas beş mövzusundan biri hesab edib. Əsas diqqət isə mənzil problemi (58 faiz), miqrasiya (44 faiz) və səhiyyə (40 faiz) sahələrinə yönəlib.Hakim koalisiyanın iyunda dağılmasından sonra keçiriləcək seçkilərdə sağ populist siyasətçi Geert Vilders və onun Azadlıq Partiyası (PVV) hazırda reytinqlərdə öndə olsa da, digər partiyalar onunla koalisiya qurmaq istəmir. İkinci yeri tutması gözlənilən sol yönümlü GroenLinks/PvdA blokunun lideri, Avropa İttifaqının sabiq iqlim komissarı Frans Timmermans isə mümkün koalisiya lideri hesab edilir.
Kreml təcavüzü "xüsusi bir şəkildə" haqlı çıxarmağa çalışır...
Bu, sivil dünyanı sevindirəcək...
Radikalların hakimiyyətinin sabitliyi yalnız müvəqqətidir...
ABŞ Arktikaya xüsusi təyinatlı qüvvələr göndərir...
Hətta Disney cizgi filmləri belə ABŞ-a İkinci Dünya Müharibəsində kömək etdi…
Ukraynalı zabitlər arasında onların sayı xüsusilə nəzərəçarpacaq dərəcədə artıb...
Ekspertlər beş səbəbi sadaladılar...
Ukrayna hücumlarının intensivliyi artmaqda davam edir...
Rusiyada müharibə əleyhinə əhval-ruhiyyənin artması müşahidə olunur...
Ölkənin siyasi həyatı qarşıdakı həftələrdə nəzərəçarpacaq dərəcədə pisləşə bilər..?