Rusiya Çindən olan vətəndaşlar üçün Rusiyaya səfər etmək üçün viza tələbini ləğv edib.
"Səs" qəzeti xarici KİV-ə istinadən xəbər verir ki, gələn ilin sentyabrın 14-ə kimi olan müddəti əhatə edən müvafiq fərman Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Sənədə görə, qarşılıqlı olaraq Çin vətəndaşları Rusiya hüdudlarına viza olmadan daxil olub, 30 gündən çox olmamaqla ölkə ərazisində qala biləcəklər.
Sənəddə eyni zamanda qeyd olunur ki, çinlilər Rusiyaya turistik və işğüzar məqsədlərlə, eləcə də elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak üçün gedə biləcəklər.
Vizasız rejimlə bağlı fərman eyni zamanda Çinli vətəndaşların (üçüncü dövlətlərin ərazilərin) tranzit keçidlərinə şamil olunacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...