PDF Oxu

Dünya

  • 3 236

İstixana qazları qlobal istiləşməni sürətləndirir: təhlükə 5-7 ilə pik həddə çatacaq

image

Ekstremal hava anomaliyaları getdikcə güclənir və istixana qazı emissiyaları növbəti 5-7 ildə pik həddə çata bilər. Bu barədə Pravda.Ru-ya Voyeykov Baş Geofizika Rəsədxanasının aparıcı tədqiqatçısı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru və "İqlim Paradoksları" kitabının müəllifi Andrey Kiselyev məlumat verib.

Kiselyev izah edib ki, qlobal istiləşmənin qarşısını almaq mümkün deyil, çünki bu, təbii proseslərdən qaynaqlanır. İnsan fəaliyyəti yalnız istixana effektini gücləndirir və iqlim sistemini daha az sabit edir.

"Qlobal istiləşməni geri qaytarmaq, əlbəttə ki, mümkün deyil. İstixana effekti təbii olaraq mövcuddur və insanlar onu yalnız gücləndirirlər. Bu güclənmə bu gün baş verən və qarşıdakı onilliklərdə davam edəcək iqlim dəyişikliklərinə gətirib çıxarır. Yer kürəsinin iqlim sistemi çox hərəkətsizdir; yeni şəraitə uyğunlaşmaq üçün vaxt lazımdır. Buna görə də, bu prosesə təsir etmək üçün edilən hər hansı bir cəhd yalnız uzun illər ərzində təsirli olacaq",- deyə o qeyd edib.

Alim vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq mümkündür, lakin burada imkanlar məhduddur. Əsas tədbirlər 2015-ci il Paris Sazişində- qazıntı yanacaqlarından tədricən imtina və bərpa olunan enerjinin inkişafında göstərilib.

"Yaşıl enerjiyə aktiv keçid olsa belə, bu, problemi tez bir zamanda həll etməyəcək. Qazıntı yanacaqlarının günəş və ya külək enerjisi ilə əvəz edilməsi mürəkkəb və bahalı bir prosesdir. Bu, bütün enerji infrastrukturunun yenidən qurulmasını əhatə etdiyi üçün böyük resurslar və vaxt tələb edir. Bundan əlavə, bu keçidi maneə törədən həll olunmamış texniki və ekoloji məsələlər hələ də mövcuddur. Bu, uzun və çətin bir yoldur",- deyə ekspert əlavə edib.

Klimatoloq qeyd edib ki, iqlim dəyişikliyinin pik həddi hələ qabaqdadır, lakin qlobal istiləşmənin təsirləri artıq nəzərə çarpır. O qeyd edib ki, ekstremal hava hadisələri daha tez-tez baş verir və onların miqyası daha dağıdıcı olur.

"İstixana qazı tullantılarının növbəti 5-7 ildə pik həddə çatacağı təxmin edilir. Lakin qlobal istiləşmənin təsirləri bu gün artıq hiss olunur. Qasırğaların, güclü yağışların, quraqlıqların və digər təbii fəlakətlərin artdığını görürük. Sığorta agentliklərinin statistikasına görə, son 40-50 ildə bu cür hadisələrin sayı 3-4 dəfə artıb və "Rosqidromet" oxşar məlumatları təsdiqləyir. Bölgədən və relyefdən asılı olaraq müxtəlif hadisələr güclənir- bəzi yerlərdə güclü yağışlar və daşqınlar, digərlərində quraqlıq, qasırğalar və tornadolar",- Kiselyev yekunlaşdırıb.

Tərcümə - Elçin

Digər xəbərlər

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...

Trampın xüsusi elçiləri Kiyevə səfər etməmək qərarına gəldilər...

Rusiya ilə sülh danışıqlarındakı çıxılmaz vəziyyətə görə...

“Rusiya Çinin vassalına çevrilib...”

Kremlin Çin vasitəsilə texnologiya idxalından asılılığı 90 faizə çatıb...

Rusiya hamilə qadınlar üçün nağd müavinətləri artırır...

İndi də “nişangahda” tələbə qız və aspirantlardır..?

Zelenskiy müasir Çörçilldir...

O, azad dünyanın lideridir...

BBC: Başqırdıstan və Tatarıstan da qaynayır...

Müharibə zamanı bu bölgələrdəki rekord itkilərə görə və təbii ki, Kreml də bunu artıq başa düşür...

Axios: İranın neft gəlirləri kəskin şəkildə azalıb...

ABŞ-ın Oman körfəzindəki blokadası Tehrana görünməmiş təzyiq göstərib...

Foreign Affairs: Çin nə planlaşdırır?

Vaşinqton Tayvanla bağlı səhv ssenariyə hazırlaşır...