ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus ağır hərbi-nəqliyyat təyyarələri Yaxın Şərq bazalarına fəal şəkildə yük daşımağa davam edir. "İnterfaks" "Flightradar24" və "ADS-B Exchange" aviasiya resurslarına istinadən xəbər verir ki, son iki gün ərzində "C-17A Globemaster III" və "C-5 Galaxy" təyyarələri 30-dan çox reys həyata keçirib, əsasən Texas ştatından - Patriot və THAAD sistemləri ilə təchiz olunmuş ordu birləşmələrinin və hava hücumundan müdafiə (HHM) bölmələrinin yerləşdiyi aerodromlardan havaya qalxıblar.ABŞ-nin "KC-135 Stratotanker" və "KC-46 Pegasus" yanacaqdolduran təyyarələri əlavə döyüş aviasiyası qruplarının ABŞ ərazisindən və Avropa bazalarından köçürülməsinə dəstək məqsədilə 30-dan çox reys həyata keçirib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...