PDF Oxu

Dünya

  • 1 117

Amerika ÜST-dən niyə ayrıldı?

image

ABŞ bu ilin 23 yanvar tarixində Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) 78 illik üzvlüyünü rəsmi olaraq dayandırdı. Türkiyəli professor, onkologiya mütəxəssisi Leyla Özer bununla bağlı məqaləsində yazır: "ABŞ-ın təşkilatdan çıxmasından sonra dünyada xərçəng tədqiqatlarında artım diqqətəlayiqdir. Bu sürətlənmə qlobal səhiyyə siyasətində yeni bir dövrün əlaməti kimi qəbul edilir. Mədəaltı vəzi xərçəngi, yoğun bağırsaq xərçəngi, HPV ilə əlaqəli xərçənglər və qan xərçəngi kimi xəstəliklərin müalicəsi ümidverici nəticələr verir və xərçəng peyvəndinin hazırlanmasında əhəmiyyətli addımlar atılır. Təşkilatı tərk etməsindən cəmi bir ay keçməsinə baxmayaraq, tibb sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib. Bir neçə ölkə müxtəlif xərçəng növlərinə qarşı yeni müalicə üsulları və peyvənd tədqiqatları elan edib".

Müəllif yazır ki, bu tədqiqatlara mədəaltı vəzi xərçəngi, yoğun bağırsaq xərçəngi, HPV ilə əlaqəli xərçənglər və qan xərçəngi kimi xəstəliklərin müalicəsi daxildir. Bu arada, Rusiyanın xərçəng peyvəndi hazırlanması səylərinin sürətləndiyi barədə məlumatlar var. Bəs ABŞ-ın təşkilatdan çıxması ilə tədqiqatların sürətləndirilməsi arasında hansı əlaqə ola bilər?

Professor ABŞ-ın ÜST-dən çıxmasından sonra qlobal tibbi tədqiqatların sürətlənməsi sadəcə zamanla əlaqəli təsadüf, yoxsa ölkələrin ÜST-ün bürokratik və mərkəzləşdirilmiş strukturundan daha müstəqil olmaları və öz prioritet layihələrinə daha çox resurs ayırmaları ilə bağlı olması barədə təzaddadır: "ABŞ Səhiyyə Nazirliyi Prezident Donald Trampın çıxma qərarından bir il sonra, 2026-cı ilin yanvar ayından etibarən Ümumdünya Səhiyyə Təşkilatındakı 78 illik üzvlüyün rəsmi olaraq sona çatacağını açıqlaması maliyyə problemi yaradacaq. ABŞ illərdir ÜST-ün ən böyük maliyyəçisidir və hər il yüz milyonlarla dollar ianə edir. Bu çıxmanın əsas səbəblərinin əsasən siyasi motivlərlə bağlı olduğu düşünürəm”.

Qeyd edək ki, hadisələr ÜST-ün qlobal pandemiyanın əvvəllərində Çinin bu haqda xəbərdarlıqlarını kifayət qədər şübhə altına almadığı iddiası ilə başladı. Səbəb kimi ÜST-ün zəruri islahatları həyata keçirməməsi və üzv dövlətlərin, xüsusən də Çinin yersiz siyasi təsirinə qarşı müstəqilliyini qoruya bilməməsi göstərilib.

Xatırladaq ki, ötən ay ABŞ Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayaraq bildirmişdilər ki, bu qərar ÜST-nin COVID-19 pandemiyası dövründə həyata keçirdiyi siyasətin uğursuzluğu və həmin qərarların ABŞ xalqına vurduğu zərərin nəticəsi olaraq qəbul edilib. ABŞ rəsmiləri vurğuladılar ki, ÜST əsas missiyasından uzaqlaşaraq, siyasiləşmiş və bürokratik yanaşma sərgiləyib, bir sıra hallarda isə ABŞ-nin maraqlarına zidd mövqe nümayiş etdirib.

Bəyanatda həmçinin o da qeyd olunmuşdu ki, ABŞ təşkilatın təsisçi üzvü və ən böyük maliyyə təminatçısı olsa da, ÜST qərarlarında Amerika maraqlarına düşmən münasibət bəsləyən dövlətlərin təsiri altında fəaliyyət göstərib. Bəyanat, təşkilatın pandemiya dövründə amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub, daha sonra isə bu çatışmazlıqları ictimai səhiyyə maraqları adı altında gizlətməyə çalışmasını iddia edirdi.

Lalə Mehralı

Digər xəbərlər

Qafqazda minlərlə ailə qəpiksiz qalıb...

Alimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları 2 milyard rubl oğurlayan fırıldaqçılara qarşı birləşiblər...

Orbandan sonra Macarıstan necə ola bilər?

Hazırkı baş nazirin əsas rəqibi “sarkaç diplomatiyası” dövrünü bitirəcəyinə söz verir…

Rusiyada araq içənlərin sayı azalıb..?

Deyirəm bəlkə araq içənlərin başı müharibəyə “qarışıb”?..

“Putin üç uğursuzluqla üzləşib...”

Politoloq müharibənin ildönümündə Rusiyanın əsas səhv hesablamalarını müəyyən edib...

Putin ruslara Ukraynaya qarşı müharibə ilə bağlı yeni “siqnal” verib...

Analitiklər 23 fevral bəyanatlarının arxasındakı səbəbi izah etdilər...