ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı açıqlamaları ilə diqqət çəkib. Kubanın çətin iqtisadi vəziyyətdə olduğunu iddia edən Tramp deyib: "Kuba uğursuz bir ölkədir. Onların pulu, nefti, heç nəyi yoxdur. Onların gözəl torpaqları, gözəl mənzərələri var. Gözəl bir ada. Düşünürəm ki, Kuba sonunu görür. Bütün həyatım boyu ABŞ və Kuba haqqında eşitmişəm. "Amerika bunu nə vaxt edəcək?" sualını eşitmişəm. İnanıram ki, Kubanı ələ keçirmək mənim üçün şərəf olardı. Bu, böyük bir şərəf olardı".
ABŞ və Kuba rəsmiləri iqtisadi böhranla mübarizə aparan Karib adasının gələcəyini müzakirə edərkən Kuba prezidenti Miguel Diaz-Canelin istefasını tələb etdikləri bildirilir.
New York Times qəzetinin danışıqlarla tanış olan 4 mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Kuba danışıqlarında iştirak edənlərə Diaz-Canelin istefa verməli olduğunu bildirib, lakin sonrakı addımları Kuba tərəfinə buraxıb. İddialara görə, ABŞ-ın bu addımı ölkəni 65 ildən çoxdur idarə edən kommunist sistemini birbaşa hədəf almayıb. Tramp administrasiyası rejim dəyişikliyinə çalışmaq əvəzinə, mövcud hökuməti inteqrasiya etməyi hədəfləyirdi.
Hesabatda bildirilirdi ki, ABŞ Fidel Kastronun ailəsinə qarşı heç bir tədbir planlaşdırmayıb və ölkədəki əsas güc mərkəzlərinin yerində qalması gözlənilir.
Diaz-Canelin istefasının Kubada iqtisadi islahatlara yol aça biləcəyinə inanan ABŞ rəsmiləri onu "sərt xətt tərəfdarı" kimi təsvir ediblər.
Mənbələr Kuba liderinin istefasının Tramp üçün "simvolik siyasi qələbə" ola biləcəyini və bunun Trampın daha bir anti-Amerika liderini devirdiyi mesajını vermək istədiyini göstərdiyini bildirib.
Migel Diaz-Kanel mətbuat konfransında ilk dəfə ABŞ ilə danışıqları təsdiqləyib. Kubanın iqtisadi böhranı və uzun müddət davam edən elektrik kəsintilərində Vaşinqton administrasiyasını günahlandıran Diaz-Kanel bildirib: "Dövlət günahkar deyil, inqilab günahkar deyil, milli elektrik sistemimiz günahkar deyil. Günah bizə tətbiq edilən enerji blokadasındadır".
Diaz-Kanelin ölkənin 3 aydır neft idxal edə bilmədiyi barədə açıqlamasından sonra ölkə daxilində elektrik şəbəkəsi dağıldı və bütün Kuba qaranlığa qərq oldu.
Digər tərəfdən, Tramp Venesuelanın "ABŞ-ın 51-ci ştatı" ola biləcəyinə işarə edən bir paylaşım edib. Tramp, "Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Görəsən sehr nədir. Kimsə 51-ci ştat olmaq istəyirmi?" sözlərini işlədərək, Venesuelanın "ABŞ-ın 51-ci ştatı" ola biləcəyinə işarə edib.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez 2025-ci ilin noyabr ayında ABŞ-ın onun ölkəsini "51-ci ştat" etməyi hədəflədiyini açıqlamışdı.
Xatırladaq ki, Tramp keçən il Kanadanın ABŞ-ın 51-ci ştatı olmalı olduğunu bildirmişdi.
Elçin
Planetin atmosferi karbon qazı və ya oksigenlə zəngin ola bilər…
Ölkə post-kommunizmin dağıntılarından sonra dünyanın ən böyük 20 iqtisadiyyatından birinə çevrildi…
Bessent qiymətlər sabitləşdikdən sonra Rusiya neftinə qarşı sanksiyaların geri qaytarılacağını elan etdi...
Ukrayna Silahlı Qüvvələri yeni taktikaları uğurla tətbiq edir...
Avropa Birliyi səhvlərdən qaçmağa çalışır...