Zelenski mühüm bir dil qanunu imzaladı...
..Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından rus dilini çıxaran qanunu (№ 4699-IX) imzalayıb.
SİA xəbər verir ki, Ali Radanın spikeri Ruslan Stefançukun dediyi kimi, bu, Ukrayna dil məkanının qorunması və Avropa öhdəliklərimizin yerinə yetirilməsi üçün vacib bir qərardır.
O qeyd edib ki, "Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və məntiqli bir qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək üçün yaradılmış qoruyucu vasitələrdən faydalana bilməz".
…Stefançuk vurğulayıb ki, Ukrayna dövlət dilini qoruyur, dil və mədəni müxtəlifliyə hörmət edir və illərdir sui-istifadə etdiyi imtiyazlardan Rusiya imperiya təsirini məhrum edir. O əlavə edib ki, "Bu qərar Ukraynanın ləyaqəti, ədaləti və dil təhlükəsizliyi ilə bağlıdır".
Əli Babayev
Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...
Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...
Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...
Və xalq hər şeylə razılaşacaq...
Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?
Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...
Süni intellekt ətrafında müzakirələr qızışır
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...
ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...