PDF Oxu

Dünya

  • 1 079

İlon Musk bəşəriyyət tarixinin ilk trilyonçu necə oldu?

image

İlon Mask, kosmik texnologiya şirkəti SpaceX-in birjadakı tarixi debütü (IPO) sayəsində rəsmən dünyanın ilk trilyonçusu olub.12 iyun 2026-cı ildə Nasdaq birjasında baş tutan bu ilkin kütləvi yerləşdirmə dünya maliyyə tarixinin ən böyük İPO-su (Initial Public Offering – İlkin Kütləvi Yerləşdirmə) kimi qeydə alınıb. Səhmlərin kəskin bahalaşması ilə SpaceX-in ümumi bazar dəyəri 2.2 trilyon dollara çatıb.

SpaceX şirkəti hər biri 135 dollardan olmaqla 555 mindən çox səhm buraxaraq ilkin olaraq 75 milyard dollar kapital toplamağı hədəfləmişdi. Lakin investorların həddindən artıq marağı nəticəsində səhmlər Nasdaq birjasında SPCX indeksi altında 150 dollardan ticarətə başlayıb. Gün ərzində təxminən %19-25 aralığında dəyər qazanan səhmlər günü 160.95 dollar (bazar bağlandıqdan sonra isə 166 dollar) səviyyəsində tamamlayıb.Ticarətin ilk günündə 500 milyondan çox səhm əl dəyişdirib.

Bu misilsiz aktivlik Robinhood və digər məşhur ticarət platformalarında rekord trafik səbəbindən müvəqqəti texniki gecikmələrə və dondurmalara yol açıb. Maliyyə analitikləri bunu birjanın müşahidə etdiyi ən aqressiv debüt adlandırırlar.

Forbes və Bloomberg Milyarderlər İndeksinin son hesabatlarına görə, İlon Mask SpaceX şirkətinin təxminən %38-42 aralığında payına sahibdir. IPO-nun tamamlanması ilə Maskın yalnız bu şirkətdəki payının xalis dəyəri 715 ilə 866 milyard dollar arasında bir rəqəmə yüksəlib.

Maskın digər nəhəng aktivləri — Tesla (%12 pay), X (keçmiş Twitter), xAI süni intellekt şirkəti, Neuralink və The Boring Company-dəki payları da bura əlavə edildikdə, onun ümumi xalis sərvəti rəsmən 1.1 trilyon dolları ötüb. Beləliklə, o, bəşəriyyət tarixində rəsmi olaraq ilk trilyonçu statusunu qazanıb.

Hazırda Maskın sərvəti dünyanın ikinci ən varlı şəxsindən (təxminən 300 milyard dollar) 3 dəfədən də çoxdur. İlon Mask Mükafatı və Mars Missiyası Uoll-Strit (Wall Street) ekspertləri qeyd edirlər ki, investorlar ənənəvi gəlir-xərc hesabatlarından daha çox İlon Maskın şəxsi vizyonuna sərmayə qoyurlar.

Maliyyə dünyasında bu fenomen 'Elon Musk premium' (İlon Mask mükafatı) adlandırılır. Çünki SpaceX-in tərkibinə hazırda böyük gəlir gətirən Starlink peyk interneti daxil olsa da, hələlik mənfəəti olmayan xAI süni intellekt layihəsi və böyük xərc tələb edən raket sınaqları da daxildir.

Şirkətin birja üçün hazırladığı rəsmi bəyanatda (prospektində) açıq şəkildə qeyd olunub ki, bu IPO-nun əsas məqsədi gəlir əldə etməkdən ziyadə, insanlığı çoxplanetli növə çevirmək, Ay və Marsda müstəqil kosmik iqtisadiyyat qurmaq üçün lazım olan nəhəng kapitalı toplamaqdır. Mask bu addımla kosmosun fəthini tamamilə özəl sektorun maliyyələşdirdiyi bir layihəyə çevirib.

Qeyd edək ki, 2025-ci il İlon Maskın sərvəti üçün sürətli artım dövrü olmuşdu. Forbes və Bloomberg agentliklərinin 31 dekabr 2025-ci il tarixli hesabatına əsasən, 2025-ci ildə İlon Maskın varidatı 726 milyard dollar təşkil edirdi. Həmin dövrdə də o, dünyanın ən varlı insanı statusunu qoruyurdu və sərvəti Belçika, Argentina kimi ölkələrin ÜDM-indən daha böyük idi.

2025-ci il ərzində dərc olunan hesabatlarda Maskın sərvətinin artım xronologiyası hətta aylara görə düzülmüşdü: may ayında sərvəti təxminən 422.7 milyard dollar, oktyabrda isə tarixdə ilk dəfə yarım trilyon (500 milyard dollar) sərhədini keçən ilk insan oldu.

2025-ci ilin dekabrının ortalarında SpaceX-in daxili səhm satışı ilə şirkətin dəyəri 800 milyard dollara çatdı. Bunun ardınca Delaver Ali Məhkəməsi Maskın Tesladakı ləğv edilmiş 139 milyard dollarlıq səhm paketini ona geri qaytardı. Bu iki mühüm hadisə nəticəsində onun sərvəti ötən ilin sonunda rekord vuraraq 726-752 milyard dollar aralığına yüksəldi. Bu da öz növbəsində Maskın bu ilin ilk yarısında ötən ilki 700 milyard dolları artıraraq trilyonçu olmağa təkan verdi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər

Çin Uzaq Şərqi döyüşsüz ələ keçirir...

Müharibə nə qədər uzun sürərsə, Rusiya Pekindən bir o qədər asılı olur.

The Telegraph: Putin rejimi bölünüb...

Müharibəyə qarşı səslər ortaya çıxıb...

The Hill: Putin Rusiyanı tükədib və ölkə Çinin vassalına çevrilib

Pekin Rusiya ərazilərinin yumşaq bir şəkildə ilhaq edilməsi ilə məşğuldur...

Kreml bəhanələr hazırlayır...

Z-təbliğatı rusları Ukraynaya qarşı müharibənin uğursuzluğuna hazırlamağa başlayıb...

Boeing güclü pilotsuz qırıcı təyyarəsini təqdim etdi...

O, Rusiyanın MiQ və Su-25 qırıcı təyyarələrini məhv etməyə qadirdir...

700 km məsafədəki neft obyektlərinə zərbə endirilib...

...Ukrayna Rusiyaya kütləvi pilotsuz təyyarə hücumu etdi. Rusiya Federasiyasının 28 bölgəsində hava hücumu barədə xəbərdarlıqlar verildi.