"Avropa Birliyi Rusiyada dörd fiziki şəxs və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib." SİA xəbər verir ki, yeni sanksiyalar Rusiyada söz azadlığının, məlumat əldə etmək və birləşmək hüququnun məhdudlaşdırılması məqsədilə istifadə olunan texnoloji nəzarət vasitələrini və onları hazırlayan şirkətləri hədəf alır.
Sanksiya siyahısına Rusiyanın "VK Company" (VKontakte) şirkəti və onun törəmə müəssisəsi olan "Communication Platform" daxil edilib. AB bu şirkətləri Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərən və "Max App" mobil tətbiqini hazırlayıb idarə etməkdə ittiham edir. Həmçinin internet və mobil rabitənin izlənməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə bağlı avadanlıq və proqram təminatı hazırlayan "Citadel", "VAS Experts" və "Norsi-Trans" şirkətlərinə də sanksiyalar tətbiq olunub. Bundan əlavə, həmin şirkətlərdə rəhbər vəzifələr tutan dörd şəxs də sanksiya siyahısına salınıb.
Mətləb
Demokratlar vəzifəyə gəldikdən sonra Kremlin səlahiyyətləri kəskin şəkildə azaldılacaq...
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...