PDF Oxu

Dünya

  • 1 944

Robotlaşdırılmış “Pendragon” döyüş bölməsi sınaqdan keçirilir

image

Fransa Quru Qoşunları gələcəyin döyüş konsepsiyasını formalaşdırmaq məqsədilə "Pendragon" adlı robotlaşdırılmış döyüş bölməsini aktiv şəkildə sınaqdan keçirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sen-Sir Koetkidan hərbi poliqonunda hazırlanan layihənin 2028-ci ildən etibarən tam əməliyyat qabiliyyətinə malik olması planlaşdırılır.

"Pendragon" proqramı hava və yerüstü dronları, ağıllı sursatları və süni intellektlə idarə olunan robot sistemlərini bir araya gətirir. Təlimlər zamanı hücum dronu mürəkkəb relyefdə yerləşən hədəfi uzaq məsafədən müstəqil şəkildə aşkar edib məhv etmə ssenarisini uğurla yerinə yetirib. Dron uzaqdan operator tərəfindən idarə olunmur, əksinə, marşrutunu özü müəyyənləşdirir, maneələrdən yayınır və potensial təhlükələri tanıyaraq hərəkət edir.

Fransa Quru Qoşunlarının Gələcəyin Döyüşü Komandanlığının nümayəndəsi, polkovnik-leytenant Kristof bildirib ki, "Pendragon" ənənəvi piyada bölüyünün yerinə eyni taktiki vəzifələri yerinə yetirə biləcək. Onun sözlərinə görə, 120-130 əsgəri təhlükəyə atmaq əvəzinə, robotlarımızı və dronlarımızı döyüşə göndərəcəyik. O əlavə edib ki, 2027-ci ildən etibarən bu sistemlər tam avtonom şəkildə əməliyyatlar icra edə biləcək.

Hazırda Ukrayna da daxil olmaqla bəzi münaqişə zonalarında robotlaşdırılmış sistemlərdən geniş istifadə olunsa da, həmin platformaların əksəriyyəti insan operatorları tərəfindən idarə edilir. "Pendragon" layihəsinin əsas fərqi isə çoxsaylı robot və dronların süni intellekt vasitəsilə koordinasiya olunmasıdır.

Fransanın Müdafiə Nazirliyinin Süni İntellekt Agentliyinin nümayəndəsi polkovnik Tibo Kapdevil vurğulayıb ki, silahlı robotlar "qatil robotlar" demək deyil. Onun sözlərinə görə, layihənin məqsədi ənənəvi olaraq 150-170 hərbçidən ibarət bölüyün taktiki imkanlarını süni intellekt tərəfindən idarə olunan robot platformaları ilə təmin etməkdir.

Layihə çərçivəsində bölmənin tərkibində təxminən 15 iri yerüstü robot, 60-a yaxın dron və ağıllı sursat, həmçinin bölməyə rəhbərlik edən bir zabit və texnikanın daşınması xidmətini təmin edən azsaylı hərbçilər olacaq.

"Pendragon" bölməsinin 2028-ci ildə tam döyüş hazırlığına çatacağı gözlənilir.

Digər xəbərlər

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Sİ ətrafında müzakirələr qızışır: sükan kimin əlindədir?

Süni intellekt ətrafında müzakirələr qızışır

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...

NATO təlim meydançalarında yeni bir şəkildə döyüşməyi öyrənir...

Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...

“Taliban” Rusiya üçün vacib bir məsələdə Kremli məyus etdi

Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...