Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

Cari ilin altı ayı ərzində Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 106 milyon ABŞ dolları ötüb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 96 milyon 064 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 971 min dollar olub.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

yap.org.az