Siyasət

  • 3 884

Milli Məclisin komitə iclası keçirilib

image

Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.Həmçinin deputatlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd edilib ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

sia.az

Digər xəbərlər