Siyasət

  • 5 442

"Prezidentin vətəndaşların yanında olması, insanlar üçün dayaq və stimuldur" RƏY-ÖZƏL

image

“Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün zəlzələ zonasına getməsi məni təəccübləndirmədi. Çünki, Ölkə başçısı vaxtilə Zaqatala və Balakən zonasında da təbii fəlakət olan zaman həmin ərazilərə gedərək vətəndaşların yanında olmuşdu. Dövlət başçısının bu addımı ölkəmizdə vətəndaş amilinə göstərilən qayğının bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Deputat bildirib ki, ötən gün Azərbaycan Prezidentinin təbii fəlakətdən əziyyət çəkən insanlarla görüşü, fəlakətin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı göstərişlər verməsi nümunəvi addımdır: “Çünki dünyanın heç bir yerində təbii fəlakətlər baş verdikdə onun fəsadları insanlar tərəfindən aradan qaldırılmır. Azərbaycan yeganə dövlət və ölkə başçısı yeganə prezidentdir ki, təbii fəlakətlərin aradan qaldırılması üçün Komissiya yaratdı, ziyan çəkmiş evlərin bərpası üçün maliyyə vəsaiti ayırdı”.K.Əliyeva qeyd edib ki, Zaqatala və Balakən zonasında baş verən zəlzələ zamanı da evləri dağılan insanlara əvvəlkindən də gözəl və daha geniş evlər tikilərək, rayon sakinlərinə təqdim edildi: “Ölkə başçısının bu dəfə baş verən təbii fəlakət zamanı məsələni diqqətdə saxlaması və şəxsi tapşırığı əsasında problemlərin aradan qaldırılması istiqamətində atılan addımlar, ən əsası isə zəlzələ bölgəsinə səfər edərək vətəndaşların yanında olması, insanlar üçün dayaq və stimuldur. Əgər insanlar təbii fəlakət zamanı həyəcan, qorxu keçirirlərsə, Ölkə başçısının həmin ərazilərə səfər etməsindən sonra onlarda daha böyük inam hissi yaranır. Hər bir vətəndaş bir daha əmin olur ki, Azərbaycan dövləti və prezidenti hər zaman onların yanındadır”.

sia.az

Digər xəbərlər