Obama: "İranın nüvə proqramında mənfi nəticəni qəbul etmirik"

ABŞ prezidenti Barak Obama İranın bir il müddətində nüvə silahını daha da təkmilləşdirəcək texnologiyaya sahib olacağını iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Obama ABŞ-la İran arasında son zamanlarda yaranan diplomatiyaya optimist yanaşdığını deyib: "İran son bir il ərzində nüvə silahının təkmilləşdirilməsində daha böyük uğurlar əldə edəcək və yeni texnologiyalara sahib olacaq. İsrail bu hadisənin bir neçə ay müddətində baş verəcəyini desə də, bizim ehtimalımız İsrail kəşfiyyat xidmətinin ehtimalına görə daha dəqiqdir".İranın nüvə proqramı ilə əlaqədar hansısa bir mənfi nəticəni qəbul etməyəcəyini bildirən Obama İran lideri Həsən Ruhaninin bəzi məsələlərdə haqlı olduğunu, lakin Ruhaninin bu məsələdə İran üzrə tək səlahiyyətli olmadığını qeyd edib.

sia.az