Kəbənin örtüyünün dəyişdirilməsi mərasimi baş tutub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügdən mərasim Zilhiccə ayının 9-cu günündə, zəvvarların Ərafata çıxdığı gün səhər tezdən başlayıb. Hər il olduğu kimi, bu il də örtük üçün dünyanın ən bahalı və keyfiyyətli ipəyindən istifadə olunub.Qeyd edək ki, dünya müsəlmanlarına ekran başında örtük dəyişmə mərasimini canlı yayım vasitəsi ilə izləmə imkanı yaradılıb.

sia.az