Martın 18-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi, bayram tonqalını alovlandırması qürurverici hadisə oldu. Xalqımızın ən ümdə arzusu məhz Ermənistanın işğalında olan ərazilərimizin azad olunması orada şad günlərin, bayram təqvimlərinin qeyd olunması, tonqalların qalanması olub. İkinci Qarabağ Müharibəsi ilə Azərbaycan dövləti 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.
Ermənistan 30 ildə xalqımızın başına gətirdiyi bütün müsibətlərə görə döyüş meydanında cavab verməli oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz şəhidlərimizin, günahsız soydaşlarımızın qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. O cümlədən 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində isə Azərbaycan ərazisində kök salmış separatizm yuvası darmadağın edildi. Ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar olundu. Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə speratçılardan təmizləndi. Bu gün artıq 4 cü ildir ki, Azərbaycan xalqı bütün bayramları, həmçinin milli bayramımız olan Novruzu tamam başqa bir ab-havada qeyd edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini