Analitika

  • 1 577

Tarix unudulmur….. - ŞƏRH

image

Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır və tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi «müxalifət» deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Və bu gün son 20 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünayını ağuşuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız «Biz birlikdə güclüyük!» şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görür və öz Liderinə inanır. Və Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları isə müxalifəti təşvişə salıb.

Radikal fikirli, «görkəmli hüquqşünas», «millət fədaisi» satılıb-satan Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, «Yurd» şefinin sədrinin traypkası olan Cəmil Həsənli, özünü «Milli Şura»nın «primadonnası» Gültəkin Hacıbəyli, özünü «hüquq müdafiəçisi» hesab edən Vidadi İskəndərli və bu kimi xalqın düşmənləri usanmaq bilmədən təcavüzkar ölkənin özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə edən çıxışlar etməsinə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Bir də, taylı-tayın tapar. Bu satqınların mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq erməniləşdiklərini, tarixi düşmənlərimizlə eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoyurlar.

Bəli, hər kəs etdiyi əməllərin cəzasını çəkəcək….Özü də xalqın qarşısında. 28 il «müxalifətdəyəm» deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman özü elə üzə çıxarır ki… Və bu gün yenidən təcavüzkar Ermənistanın törətdiyi təxribatlarına həmişə dəstək verən radikal müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov….kimilər necə ki, iş çətinə düşən kimi, «dövlətin yanındayıq», vəziyyət stabilləşən kimi olurlar iblis. Çünki istər dələduzlar yuvası olan «Milli Şura», istər «beşinci kalon»un cinayətkar virusları anlamalıdırlar ki, indi 90-cı illərin əvvəlləri deyil. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək, əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real göstəricisidir. Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Heç kim şübhə etmir ki, əlverişli məqamda bu, mütləq baş verəcək. Bunu 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr və ötən ilin sentyabr ayının 19-da işğalçı Ermənistann etdiyi təxribatlarına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi və Ermənistana əməli-başlı dərsini verdi, layiq olduğu yeri göstərməklə Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübut etdi.

Qalib Liderimiz, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi: «Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır».

Bəli, sözü imzası qədər dəyərli və keçərli olar Ali Baş Komandan, Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır – bunu özü bilir. Və dövlət başçımızın söylədiyi kimi: «bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

Və xalqımız əmin olsun ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər