Analitika

  • 2 110

Dağıdıcı müxalifət və antimilli ünsürlər Parisdən idarə olunurlar - ANALİZ

image

Azərbaycana qarşı yönəlik istənilən qərəzli və qarayaxma kampaniyasında dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər yer alırlar. Yəni xarici təşkilatların və ya ermənipərəst dairələrin Azərbaycana qarşı həyata keçirdiyi elə bir pozucu fəaliyyəti yoxdur ki, orada sözügedən ünsürlər olmasınlar. Belələrinə “sapı özümüzdən olan baltalar” deyilir. Təbii ki, “sapı özümüzdən olan baltalar” antiAzərbaycan fəaliyyətlərinə görə maliyyə yardımları alırlar. Həm də istər dağıdıcı müxalifət istərsə də antimilli ünsürlər daha çox gəlir əldə etmək üçün hər cür sifarişləri, tapşırıqları yerinə yetirməyə çalışırlar.

Bu dəfə növbəti mərhələ üçün yeni qazanc mənbəyi tapıblar. Öz iyrənc fəaliyyətlərini 5 aprel görüşünə dair Qərbə bəraət qazandırmaq üçün Azərbaycanda hərəkətə keçiblər. Tezisləri və Azərbaycana qarşı hədyanları da sözbəsöz eynidir. Məsələn AXCP sədri Əli Kərimli deyir ki, Paşinyanın Avropa Birliyi və ABŞ-la yüksək görüşü Ermənistanın iqtisadi, hərbi gücünün artmasına imkanlar yaradacaq. Eyni ilə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ağıldan yumşaq, xasiyyətdə sözəbaxan Gültəkin Hacıbəyli bildirir ki, Nikol Paşinyanın Avropa Birliyi və ABŞ-la yüksək səviyyəli sammiti ölkəsinin sosial, iqtisadi, siyasi, humanitar problemlərinin həllinə yardımçı olacaq. G,Hacıbəyli Azərbaycan cəmiyyətində ermənilərin “xaç atası” kimi tanınan E.Makrona “axsaq ördək” deyilməsindən də əndişələnib və bunun insan hüquqlarına hörmətsizlik kimi qiymətləndirib. G.Hacıbəylinin iddiasına görə, Makronun təhqir edilməsi insan ləyaqətinin alçaldılmasıdır. Xaricdəki antimilli ünsürlər də 5 aprel görüşünə xüsusi diqqət ayırırlar. Bu da xaricdəki mərkəzi şəbəkənin kordinatorlarının üzvlərə eyni tezisi göndərdiyi göstərir.

Erməni kökənli Arif Yunus isə erməni jurnalistə verdiyi açıqlamasında məsələni bir qədər də dərinləşdirir. Qeyd edir ki, 5 aprel görüşünün 80%-i Rusiya və Azərbaycanla bağlı müzakirələrə həsr olunub: “Yəni görüş zamanı Qərb Ermənistanla bağlı qapılar arxasında hərbi məsələləri müzakirə edib. Bu, bir daha göstərir ki, Azərbaycan hədəf kimi götürülüb”. Xaricdəki antimilli ünsürləri əsas dayaq nöqtələri hesab olunan Sevinc Osmanqızı, Alexs (Ələkbər) Raufoğlu, Qənimət Zahid, Arif Məmmədov və digərləri də birbaşa Ermənistana dəstək üçün təşkil olunan görüşə dolayısı dəstək verilir.

Xaricdəki antimilli ünsürlər çarəsiz və ümidsiz durum düşüblər

Görünən ondan ibarətdir ki, xaricdəki antimilli ünsürlər yaşadıqları ölkələr də oturum izni almaq üçün dəridən qabıqdan çıxırlar. Hansı ki, bu məxluqlar Azərbaycandan xaricə qaçmamışdan əvvəl sakit, rahat həyat sürüdülər. Lakin milyoner ömrü yaşamaq xəyalı ilə xaricə üz tutduqdan sonra arzu etdiklərinin sabun köpüyündən başqa bir şey olmadığını anladılar. Yəni “kabab iyinə ketmişdilər, görülər ki, eşşək dağlayırlar”.

Geri qayıtmağa da üzləri olmadığından, ümidlə iş axtarışına çıxdılar. Çarəsiz və ümidsiz durumda olmalarından istifadə edən Almaniya, ABŞ, İngiltərə, Fransa kimi dövlətlərin xüsusi xidmət orqanları onların bir qismini hədə qorxu, digərlərini isə şirnikləndirici vədlərlə tora saldılar. Fakt budur ki, tör-töküntüdən ibarət olan ünsürlərin böyük hissəsi Fransada veyillənirlər. Hansı ki, Fransanın, xüsusilə də E.Makronun Azərbaycana qarşı erməni maraqlarından çıxış edərək, qərəzli münasibət sərgilədiyi bəllidir. Vaxtaşırı olaraq, Qənimət Zahidin, Trol Sadıqlının, Məhəmməd Mirzəlinin və digərlərinin Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmaları məhz Fransa xüsusi xidmət orqanlarının tapşırığının məhsuludur. Nəzərə almaq lazımdır ki. Fransa kimi vəhşi dövlətdə qeyri-fransızların sayt, qəzet, İnternet TV açması mümkünsüzdür. Bu baxımdan Qənimət Zahidin, Trol Sadıqlının, Məhəmməd Mirzəlinin və digər söyüş müxalifətinin Fransada internet TV açaraq fəaliyyət göstərmələri təsadüfi sayıla bilməz.

Antimilli ünsürləri fikirləri Fransanın believe.com informasiya-kommunikasiya xidməti tərəfindən həyata keçirilir

Heç şübhəsiz ki, antimilli ünsürlərə yaşıl işığı Fransanın kəşfiyyat orqanları tərəfindən yandırılıb. Hər gün Azərbaycanın milli maraqlarının təhqir etmələri də Fransa xüsusi xidmət orqanları tərəfindən verilən tapşırıqdır. Əgər belə olmasa idi Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natavanın heykəli erməni terrorçuları və fransız vəhşiləri tərəfindən təhqir edilərkən Qənimət Zahidin, Trol Sadıqlının, Məhəmməd Mirzəli etirazlarını bildirə və internet TV-lərində Fransa hakimiyyətini tənqid edərdilər. Lakin bu olmadı. Çünki müstəqil deyillər, asılı durumdadılar. Əgər cəsarət edib, Xurşudbanu Natavanın heykəlinin təhqir edilməsinə irad bildirsələrdi, həmin gün onların oturum iznini ləğv edib, Azərbaycana deportasiya edərdilər. Bunu yaxşı anladıqlarından ağılarına su alıb, susmağa üstünlük verdilər. Bu cür misalların sayını artırmaq olar, sadəcə ortada olan fakt ondan ibarətdir ki. Fransanın kəşfiyyat orqanları Parisdə və digər şəhərlərdə məskunlaşan ünsürləri tam şəkildə özlərinə tabe etdiriblər. Hətta xüsusi xidmət orqanlarının razılığı olmadan hansısa fikri səsləndirə, müraciəti yaya bilməzlər. Onların bütün fikirləri Fransanın believe.com informasiya-kommunikasiya xidməti tərəfindən həyata keçirildiyindən nəzarət funksiyası daha asandır. Çünki, anlaqsız vəziyyətdə fikrin yayımına cəhd olunarsa dərhal informasiya-kommunikasiya xidməti həmin verilişi dayandıra bilər. Bu kimi halları yaxşı anlayan söyüş müxalifəti müstəqil mövqedən çıxış etməkdən çəkinirlər. Fikirlər yalnız təqdim olunan tezislər və ya əvvəlcədən əldə olunan razılaşmalar əsasında ifadə olunur. Belə demək mümkünsə xaricdəki antimilli ünsürlərin yaşayışı yaşayış deyil, it zülmüdür.

İLHAM ƏLİYEV

Digər xəbərlər