Analitika

  • 4 210

Brüssel görüşü və sonra: nə baş verir və ya verəcək? ANALİTİKA

image

Paşinyan qaçılmaz dilemma qarşısındadır
Artıq kifayət qədər məlumdur ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə aparılan işlərdə iki bir-birindən fərqli vasitəçi formatlar mövcuddur - Moskva və Brüssel. Etiraf edək ki, hər iki format son dövrlərdə müəyyən irəliləyişlərin əldə olunmasında öz rollarını oynayıblar. Lakin daha bir etiraf ondan ibarətdir ki, həm Moskva, həm də Brüssel də sözügedən məsələdə maraqları kontekstindən çıxış edirlər. Bu barədə az sonra...Beləliklə, sonuncu və sayca dördüncü Brüssel görüşündən ilk olaraq belə nəticəyə gəlmək olar ki, Aİ əvvəlki kimi gündəlikdə duran bütün məsələlərə deyil, Rusiyanın tərəf olmadığı məsələləri gündəmində saxlamaq istəyir. Daha dəqiq desək, əgər Rusiya Qarabağda sülhməramlı fəaliyyətə və paralel olaraq kommunikasiyalarının (Zəngəruz dəhlizi) açılması məsələlərinə daha çox diqqət göstərirsə, Aİ həmin istiqamətlərdə fəallıq göstərmir. Necə deyərlər, nə Aİ Rusiyanın, nə də Rusiya Aİ-nin danışıqlar prosesində üzərinə götürdükləri məsuliyyətləri önləmək, yaxud ona müdaxilə etmək marağında deyil.
Brüssel Moskvanın tərəf olduğu məsələlərdən kənar dayanmaqla, sülh sazişinin əldə edilməsi və “delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları”nın fəaliyyətinə doğru diqqət yönəldir
Məsələn, xatırlada bilərik ki, Zəngəzur dəhlizinin açılmasında Aİ-nın vasitəçiliyinə dekabrda müəyyən ümidlər olsa da, Ermənistan bu istiqamətdə razılığın əldə edilməsini ləngitdi. Azərbaycan isə əksinə, hər iki formatın gündəliyinə əsasən ardıcıl işlərini reallaşdırır, prinsipial, qətiyyətli mövqe sərgiləyir və zaman-zaman Ermənistan tərəfindən olan ləngitmələri güc tədbiqi, ya da digər təzyiq vasitələri ilə kənarlaşdırır.Təbii ki, Brüssel baş verənləri izləməsi ilə yanaşı, həm də Rusiyanın tərəf olduğu məsələlərdə Ermənistana ciddi təzyiqlər göstərdiyini və Ermənistanın bu təzyiqlər qarşısında aciz qaldığını müşahidə etməkdədir. Məhz həmin səbəblərə görə Brüssel Moskvanın tərəf olduğu məsələlərdən kənar dayanmaqla, sülh sazişinin əldə edilməsi və “delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları”nın fəaliyyətinə doğru diqqət yönəldir. Əbəs deyil ki, avqustun 31-dəki növbəti Brüssel görüşündə əsas istiqamət sülh sazişi və sərhədlərlə bağlı məsələlərin üzərinə tərəf yönləndirildi. Artıq görüşün nəticələrini əks etdirən bəyanata görə Ermənistan və Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün görülən əsaslı işləri gücləndirmək barədə razılıq əldə ediblər, hətta bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bəyanat verib və ilin sonlarında əməli nəticələrin olacağı anonsunu verib. Eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan da hökumətin iclasında ilin sonlarına qədər nəticələrin əldə olunacağını vurğulayıb.
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında silah gücünün diplomatiya qədər önəmli olduğu çox yaxşı anlayır
Daha bir razılığa görə ölkələrin xarici işlər nazirləri sülh sazişinin mətninin hazırlanması üçün sentyabr ayı ərzində görüşməlidirlər. Əldə edilən razılıq istər rəsmi Bakı, istərsə də prezident Ş.Mişel və Brüssel diplomatiyasının rəhbəri C. Borrelin timsalında Aİ tərəfindən yüksək qiymətləndirilmişdir.Amma gözlənildiyi kimi, görüşdən sonra Ermənistan razılığın pozulmasına yönələn addımlar atdı. Misal üçün, Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Qarabağa qanunsuz səfər etdi, N.Paşinyan “Dağlıq Qarabağın” ərazi vahidi kimi inkar edilməsini yersiz adlandırdı, prezident V. Xaçaturyan “Qarabağdakı ermənilərin statusu” məsələsinin Ermənistan üçün prioritet kimi qaldığını bildirdi, xarici işlər naziri A.Mirzoyan isə sülh sazişinin “Dağlıq Qarabağın” yekun statusunu nəzərə alınmaqla imzalanmasına eyham vurdu.Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında silah gücünün diplomatiya qədər önəmli olduğu çox yaxşı anlayır. Azərbaycanın Ermənistan rəhbərliyinə etimad göstərməməsi əbəs deyil. Üçüncü və dördüncü Brüssel görüşləri arasında Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitdiyinə görə Azərbaycan güc faktoruna müraciət etmişdir. Bu dəfə də Ermənistan təzyiqlərə rəğmən, vərdiş etdiyi kimi, prosesi ləngitsə Azərbaycan gündəliyində duran məsələləri yerdə həll etmək hüquq və imkanını reallaşdıracaqdır. Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması haqqında məlumatları Ermənistan hakimiyyətinə bir mesaj olaraq ötürülür.Pozucu addımlarla yanaşı Ermənistan mətbuatında iki qeyri-rəsmi məlumat dövriyyəyə buraxılıb. Bunlardan biri Paşinyana istinadən ilin sonuna qədər sülh sazişinin imzalanması, digəri isə Qarabağdan ağır texnikanın çıxarılması ilə bağlıdır.Bundan başqa, 5-8 sentyabr tarixlərində Rusiya və Ermənistan liderləri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda iştirak edəcəklər. Səfər Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması baxımından əhəmiyyət kəsb edir. Səfər Paşinyanın Rusiyanın təzyiqlərinə müqavimət dərəcəsini müəyyən etməklə yanaşı, Rusiyanın Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması, kommunikasiyaların açılması və Zəngəzur dəhlizi məsələlərində mövqeyinə aydınlıq gətirəcəkdir.İstənilən halda Paşinyan qaçılmaz dilemma qarşısındadır: ya Qarabağ məsələsində israr edərək daima təzyiqlərə məruz qalmaq və nəticədə Azərbaycanın sərt gücü ilə qarşılaşmaq; ya da Azərbaycana qarşı ərazi iddialarından imtina edərək və Zəngəzur dəhlizinə razılıq verərək Ermənistanda daha müstəqil siyasətin aparılmasına nail olmaq.

Rövşən

Digər xəbərlər